"Bizim üçün acınacaqlı məğlubiyyət oldu. Qol imkanlarımız rəqibinkindən daha çox idi, hesabı da biz açmışdıq".
Korner.az-ın məlumatına görə, bu sözləri "Kəpəz" klubunun baş məşqçisi Mahmud Qurbanov "Sumqayıt"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Gəncə klubunun çalışdırıcısı bu məğlubiyyətin olduqca təsirli olduğunu bildirib:
"Qırmızı vərəqə oyunumuza təsir etdi. Bu qədər təsirli məğlubiyyətimiz olmamışdı”.
