Azərbaycan Birinci Divizionunda limit yenidən dəyişdirilir.
Korner.az-ın məlumatına görə, növbəti mövsümdən komandaların əsas heyətində 1994-cü ildən sonra doğulmuş 8 yerli futbolçu oynamalı olacaq.
Bununla bağlı artıq klublara qeyri-rəsmi məlumat verilib. Qərarın yeni mövsümün startına qədər keçiriləcək AFFA İcraiyyə Komitəsinin gündəliyinə salınaraq təsdiqlənəcəyi bildirilir.
Qeyd edək ki, son mövsümdə limit 8+3 idi – komandalar meydanda 1993-cü ildən sonra doğulmuş 8 oyunçu ilə mübarizə aparırdılar.
