“Bu qədər də haqsızlıq olmaz” – Rəşad Sadıqov
14.10.2019 , 17:00

Qarabağ”ın futbolçusu Rəşad Sadıqov Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla səfər oyununda (0:1) üzləşdiyi haqsızlığa münasibət bildirib.
Korner.az xəbər ki, futbolçu özünün rəsmi İnstaqram səhifəsində Bəhlul Mustafazadənin sayılmayan qol epizodunu paylaşaraq, qeyd edib: “Daha bu qədər də haqsızlıq olmaz!”
Qeyd edək ki, matçın 90+3-cü dəqiqəsində Bəhlul Mustafazadə topu rəqib qapısından keçirsə də, oyunun hakimi Dennis Hiqler onun əllə oynadığını əsas gətirərək, qolu qeydə almamışdı.
