Bu oyunun vaxtı və məkanı dəyişdirildi
31.07.2023 , 17:41

Azərbaycan Premyer Liqasının 1-ci turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun vaxtı və məkanı dəyişib.
Korner.az xəbər verir ki, “Araz-Naxçıvan”ın meydan sahibi olacağı görüş avqustun 4-də, saat 20:00-da “Dalğa Arena”da başlayacaq.
Komandaların əvəzediciləri arasındakı qarşılaşma bir gün sonra, saat 17:00-da Binə qəsəbə stadionunda keçiriləcək.
