big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Bu oyunlar bizim üçün çox vacibdir” – Qara Qarayev

04.06.2018 , 17:15

“Oyuna yaxşı hazırlaşmışıq. Bizi çətin oyun gözləyir”

Bu sözləri AFFA-nın rəsmi saytına açıqlamasında milli komandamızın üzvü Emin Mahmudov deyib. Təcrübəli yarımmüdafiəçi sabah Qazaxıstan yığması ilə keçiriləcək yoldaşlıq oyunu barədə fikirlərini açıqlayıb:

“Qazaxıstan güclü komandadır. Yaxşı oyun göstərmək üçün hazırlaşmışıq. Hər məşq oyunumuzu müsbətə doğru dəyişir. Bir sözlə, maraqlı oyun olacağını düşünürəm”.
 
Yığmamızın müdafiəçisi Ruslan Abışov sabahkı oyunun çətin keçəcəyini düşünür. “Bizi Qırğızıstanla oyundan sonra daha ciddi rəqiblə qarşılaşma gözləyir. Son oyunlarına da baxanda görürük ki, baxımlı futbol sərgiləyirlər. Rəqib çox yaxşı təsir bağışlayır. Düşünürəm ki, Millətlər Liqası öncəsi bizi çətin sınaq gözləyir. Sabah yaxşı mübarizə aparıb, qələbə qazanmaq istəyirik”.
 
Millinin digər üzvü Ürfan Abbasov Qazaxıstanı məğlub etmək istədiklərini bildirib: “Oyuna ciddi hazırlaşmışıq. Sabahkı oyunda qələbə qazanmaq isətiyirik. Qırğızıstan yığması ilə oyundan sonra komandanın psixoloji vəziyyəti yaxşıdı. Bu vəziyyəti davam etdirmək istəyirik. Qazaxıstandan Latviyaya uğurlu nəticə ilə gedib, orda da yaxşı oynamaq fikrindəyik”.
 
Milli komandamızın yarımmüdafiəçisi Qara Qarayev isə sabahkı matçla bağlı bunları deyib: “Ardıcıl ikinci yoldaşlıq oyunumuzdu. Bu oyunlar bizim üçün çox vacibdir. Çalışacağıq ki, bu oyunda da qələbə qazanaq və komandanın özünəinamı artsın”.

Qeyd edək ki, sabah Astanada keçiriləcək Qazaxıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə 18:00-da başlayacaq.

Son yazılar

To Top