Ölkə futbolu

Bu oyun təxirə salındı

15.10.2021 , 16:32

I Divizionda V turun oyun cədvəli məlum olub.

Korner.az xəbər verir ki, turun “Zirə-2” – “Sabah-2” görüşündən başqa bütün qarşılaşmaları I Divizionun yutub kanalında canlı yayımlanacaq.

19 oktyabr (çərşənbə axşamı)

“Neftçi-2” – “Sumqayıt-2”
Türk Hava Yolları Futbol Mərkəzi (ehtiyat meydança), 15:00

“Keşlə-2” – “Qarabağ-2”
“ASK Arena”, 15:00

20 oktyabr (çərşənbə)

“Zirə-2” – “Sabah-2”
“ASK Arena”, 14:00

MOİK – “Zaqatala”
Binə qəsəbə stadionu, 14:00

“Turan Tovuz” – “Qaradağ Lökbatan”
Tovuz şəhər stadionu, 14:30

Qeyd: Ölkəmizi UEFA Gənclər Liqasında təmsil edən “Qəbələ” U-19 komandası “Qəbələ-2”dən futbolçular dəvət etdiyinə görə, adıçəkilən komandanın müraciəti, “Səbail-2” komandasının razılığı ilə V turun “Səbail-2” – “Qəbələ-2” oyunu 19.10.2021-ci il tarixdən 11.11.2021 tarixə təxirə salınıb.

Son yazılar

Yuxarı