Bu gün Topaz Premyer Liqasında ilk turun ikinci matçı keçirilib. “İnter Arena”a baş tutan oyunda “İnter” “Qəbələ”ni qəbul edib.
Matç qonaqların üstünlüyü ilə başa çatıb – 2:1. Oyundan sonra təşkil olunan mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Roma Qriqorçuk matç haqda fikirlərini bildirib:
“Bilmirəm bizdən hansı nəticəni gözləyirdiz. Yeni komanda idi. Oyun mənə də maraqlı idi. Biz özümüz üərində işləməliyik. Oyunun təşkili ilə bağlı daha çox çalışmalıyıq. Bəzi epizodlarda da qərarlar gec verilirdi. Fərdi cəhətən olan qərarlar da bur az xoşuma gəlmədi.
Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– Komanda yeni transfer edəcəkmi?
– Komanda tam doldurulub. Düşünmürəm ki, hansısa addımlar atılacaq. Biz avrokuboklarda da oynamırıq. Ona görə də yeni oyunçular gəlməyəcək.
– Son dəqiqələrdə “İnter” üstünlüyü ələ aldı. Buna səbəb nə idi?
– Bu futbolun qaydasıdı. Rəqib son dəqiqələrdə daha yaxşı oynayır. Oyunun sonunda adətən belə olur. Həyacan, narahatlıq və s. Qalib gəlmək istəyən komanda oyunu idarə etməyi bacarmalıdı. Qələbə istəyiriksə, bunu öyrənməliyik.
