Bu ölkədə liqalara yekun vuruldu
16.04.2020 , 17:19

Şotlandiyada koronavirus pandemiyasına görə I, II və III Liqalara yekun vurulub.
Korner.az xəbər verir ki, federasiya Çempionşipdə (I Liqa) “Dandi Yunayted”i qalib elan edib. II Liqada “Reyt Rovers”, III Liqada isə “Kouv Reyncers” çempion olub.
Şotlandiya Premyer Liqasının isə iyunda bərpa ediləcəyi gözlənilir.
