Dç – 2018-in seçmə mərhələsində Azərbaycan millisinə 1:5 hesabıyla məğlub olan San Marino yığmasının baş məşqçisi Pyerancelo Mansaroli oyundan sonra keçirilən mətbuat konfransında jurnalkistlərin suallarını cavablandırdı.
O, əvvəlcə matç barədə fikirlərini bildirdi.
– San-Marino kiçik ölkədi. Əksər oyunçularımız gəncdi. Yaxşı ki, qol vurduq. Çünki hər oyunda alınmır. Komandanın oyunundan razı qalmasam da, buna görə sevinirəm.
– Belə ölkələr çox zaman milliləşdirmə edirlər. San-Marino bu praktikadan istifadə etmək fikrində deyil?
– Yox. Bizdə qaydalar olduqca sərtdi. Ölkədə buna icazə verilmir. Komandada bütün futbolçular yerlidi. Çalışırlar ki, ölkənin şərəfini layiqincə qorusunlar.
– İlk oyunda minimal hesabla uduzmuşduz. Azərbaycan millisi həmin oyunla müqayisədə çoxmu güclənib?
– Azərbaycan futbol ənənələri olan ölkədi. “Qatrabağ” ÇL-in qrupuna düşməklə bunu göstərdi. Bu ölkədə futbol inkişafdadı. İlk oyuna nisbətən daha yaxşı oynadıq. Təəssüf ki, çox qol buraxdıq.
