Bu ölkədə futbol dayandırıldı
21.12.2018 , 16:52

Yunanıstan Superliqasında bu həftə keçirilməli olan 15-ci turun oyunları təxirə salınıb
Səbəb FIFA referisi Thanasis Tzilosun evinin qarşısında naməlum şəxslər tərəfindən döyülməsidir.
Dörd maskalı şəxs hakimə hücum edərək ona zərbələr endiriblər. Daha sonra onlar hadisə yerindən qaçıblar. Başından və ayağından xəsarət alan Tzilos xəstəxanaya yerləşdirilib.
Təxirə salının oyunların qış fasiləsindən sonra keçiriləcəyi bildirilib.
