Bu ölkədə çempionat bərpa edildi
20.04.2020 , 16:49

Koronavirusa görə təxirə salınan Türkmənistanın futbol çempionatı bərpa olunub.
Korner.az xəbər verir ki, 4-cü turun açılış matçında “Altın-Asır” – “Kopetdağ” ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Xatırladaq ki, Türkmənistan Futbol Federasiyası martın 24-də bütün yarışları təxirə salmışdı.
