“Bu klubun nə demək olduğunu mən bilirəm” – Messi
15.08.2018 , 21:22

“Barselona”nın futbolçusu Lionel Messi komandanın yeni kapitanı seçilməsinə münasibət bildirib
Jurnalistlərə verdiyi açıqlamada klubun kapitanı olmaqdan şərəf duyduğunu açıqlayan Leo digər kapitanlar haqqında da hörmətlə danışıb: “Klubun kapitanı olmaq mənim üçün böyük şərəfdir. Bu klubun nə demək olduğunu bilirəm. Məndən əvvəl buranın böyük kapitanları olub”.
Qeyd edək ki, klubun sabiq kapitanı Andres İnyestanın “Vissel Kobe”yə transferindən sonra kapitanlıq sarğısı L.Messiyə verilib.
