big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Bu kişiyə yaraşmayan hərəkətdir” – Nizami Hacıyev

05.11.2017 , 06:00

“Cəmi 3-4 gündü ki, Ramiz Məmədovl birgə çalışırıq. Əlbəttə, məşqdə və oyunda futbolçularda özlərinə inam yaranıb”. Bu sözləri “Keşlə”nin futbolçusu Nizami Hacıyev deyib.

Paytaxt təmsilçisi Topaz Premyer Liqasının XI turunda səfərdə “Sumqayıt”a məğlub olub. Oyundan sonra saytımıza açıqlama verən təcrübəli yarımmüdfiəçi fikirlərini bildirib: “Oyun çətin keçdi. “Sumqayıt” bu mövsüm çox yaxşı futbol sərgiləyir. İstər fiziki, istərsə də texniki baxımdan çox güclüdürlər. Yeni baş məşqçimizlə birgə çalışırıq. Bu dəqiqə baş məşqçidən nəsə tələb etmək tezdi. Çünki futbolçu sayı azdı, komandada vəziyyət yaxşı deyil. Həqiqətən işlər gedir, komanda özünə gəlməkdədi. İnşallah, bunun bəhrəsini görəcəyik”.

– Bu gün müdafiəçiləriniz çox bərbad oynadılar. Bunun səbəbi nədir?

– Bütün futbolçularda səhv olur və bunu qlobal problem hesab etmirəm. İko qolu özümüz vurduq, üçüncü qolda isə müdafiəçimiz səhv etdi. Bu gün belə oynayırıqsa, deməli, hamımızın günahı var. Səhvlər haqda nə deyə bilərəm? Milyonçu futbolçular da səhvlər edirlər. Əfsuslar olsun ki, bizə lazım olmayan vaxtlar səhv etdik. Gələcəkdə üzərimizdə işləyəcəyik və səhvlər etməməyə çalışacağıq.

– Sanki vurduğun qol zamanı oyundankənar vəziyyətdə idin. Epizoda baxmısan?

– Baxmamışam. Mənim işim qol vurmaq, hakimin işi oyundankənar vəziyyəti müəyyənləşdirməkdi. Hakimi günahlandırmaq və ya özmü haqlı çıxarmaq istəmirəm. Bu barədə müzakirə etmək düzgün olmaz.

– Yeni baş məşqçi necə təsir bağışlayır?

– Pis deyil. Həqiqətən də iş gedir. 4 gün ərzində çox dəyişiklik ola bilməz. Əgər Joze Mourinyo da gəlsə idi, bu komandanı 4 günə ayağa qaldıra bilməzdi. Amma irəliləyiş hiss olunur. İnşallah, növbəti oyunlara qədər yaxşı vəziyyətdə olacağıq. Biz də bu baş məşqçiyə kömək edəcəyik.

– Svanadzenin vaxtında zədəli idin, oynamırdın. Amma yeni baş məşqçi gəldi və 90 dəqiqə oynadın. Söz-söhbət yaranacağından qorxmursan?

– Yox, inanmıram ki, mənə qarşı elə söz-söhbətlər çıxsın. Şükür allaha, məni yaxşı tanıyırsınız. Həyatı boyu yalan danışmamışam. Əgər baş məşqçi ilə problemim olsa, bunu deyəcəm. Kaxaber Tsxadadze ilə problemim vardı və ondan məni əvəzedici komandaya göndərməsini xahiş etmişdim. Onunla işləmək istəmirdim, getdim əvəzedicidə məşq etdim. Əgər Svanadze ilə problemim olsa idi, bunu özünə deyəcəkdim. Qaldı ki, zədəyə. Məncə, zədəni bəhanə edib meydana çıxmamaq kişilikdən deyil. Həqiqətən zədəli idim, Gürcüstanda müalicə almışdım. Sabah da zədəmi bərpa etmək üçün Gürcüstana gedəcəyəm.

– Bəzi futbolçuların tapşırıq əsasında oynamadığı barədə söz-söbətlər yayılmışdı. Komanda daxilində belə hadisələr cərəyan edir?

– Mən də bu barədə mətbuatdan ouyuram. Əgər Ramiz Məmmədov Svanadzenin dönəmində hansısa futbolçuya oynamamaq tapşırığı veribsə, həmin adam növbəti dəfə də kiminsə tapşırığı ilə oynamayacaq. Ən azından bu, kişiyə yaraşmaz məsələdi.

– Nəhayət ki, millidə baş məşqçi dəyişikliyi oldu. Yəqin ki, bundan sonra milli ilə bağlı problemin olmayacaq…

– İnşallah. Qurban müəllimi komandamız adından təbrik edirəm və ona uğurlar arzu edirəm. Biz hamımız bilirik ki, Qurban müəllim ədalətli insandı. İnşallah, hər şey ədalətli olar. Kim güclü olacaqsa, milliyə dəvət alacaq. Əgər baş məşqçi məni milliyə dəvət etsə, çox sevinərəm.

– Prosineçkinin vaxtında ən azından bilirdin ki, dəvət almayacaqsan.

– Əlbəttə. Amma yenə də ümid edirdim. Mən dəfələrlə oynamağa hazır olduğumu bildirmişdim. Bundan sonra da özümü sübut edəcəyəm.

Son yazılar

To Top