Bu kəndlər işğaldan azad olundu
02.11.2020 , 16:27

“Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”
Korner.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tvitter hesabında məlumat yayıb.
