big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Bu günün çempionunun autsayder gələcəyi – YAZI

18.06.2016 , 16:37

 

May ayında AFFA-nın bayrağı altında müxtəlif yaş qrupları üzrə liqalarda yarışlar başa çatdı. Əvvəlki illərdə olduğu kimi bu mövsüm də çatışmazlıqlardan xali deyildi. Amma ürəkaçan məqamlar da var idi. Məsələn, futbolun kütləviliyi baxımından iştirakçı komandaların sayındakı artım və ya əyalət komandalarının paytaxt təmsilçiləri ilə başabaş, hətta bəzi məqamlarda onlardan üstün olması. Bu isə bölgələrdə hələ də istedadlı uşaqların yetişməsi deməkdir. Yarışlardakı çatışmazlıqlar, aşağı yaş qrupları üzrə komandaların üzləşdikləri problemlər, AFFA-nın uşaq futboluna münasibəti və digər məsələlərə növbəti yazımızda toxunacağıq. Bu dəfəki araşdırmanın mövzusu isə tamam başqadır.

 

“Qarabağ"ın hazırda ölkənin ən güclü klubu olması heç kimdə şübhə doğurmur. İki ildir ardıcıl olaraq, mövsümü “qızıl dubl"la başa vuran, eyni zamanda Avropa Liqasının qrupunda oynayan komandanın heyətində Almeyda, Reynaldo, Kintana, Muarrem, Aqolli kimi legionerlər, Rəşad Sadıqov, Qara Qarayev, Maksim Medvedev, Coşqun Diniyev kimi yerli futbolçular var. Qazandığı nailiyyətlərdən yana “Qarabağ" həm də digər klublardan daha peşəkar görünür. Düşünmək olar ki, bu cür böyük uğurlar qazanan klub hər sahədə rəqiblərindən daha mütəşəkkil sistemlə fəaliyyət göstərir. Lakin…

Klubun aşağı yaş qruplarının liqalar üzrə göstərdiyi nəticələrə nəzər saldıqda buna şübhə ilə yanaşmağa başlayırsan. Son mövsümün nəticələri bu cür fikir bildirməyə əsas verir. Bu ilin yekunlarına əsasən “Qarabağ" uşaq futbolu hesab edilən U-10 liqasından U-17 liqasına kimi cəmi 1 halda medalçılar sırasına düşə bilib, U-10 komandası bürünc medalla kifayətlənib. Maraq üçün qeyd edək ki, medal sayında lider 4 qızıl, 3 bürünclə “Neftçi" birinci, 2 qızıl, 3 gümüş, 3 bürünclə “Qəbələ" isə ikincidir. Ötən il də “Qarabağ" yarışların yekununa əsasən cəmi 1 medalla kifayətlənmişdi. Belə ki, yalnız Samir Musayevin başçılıq etdiyi U-17 komandası 1-ci yeri tutmuşdu. Qalan yaş qrupları isə medalçılar sırasından uzaq düşmüşdülər. Etiraf etmək lazımdır ki, “Qarabağ" kimi komandanın gələcəyi sayılan aşağı yaş qruplarından ibarət komandalarının 2 il ardıcıl cəmi 1 medal qazanması klubun adına yaraşmır. Zəif nəticələrin səbəbləri nədədir?  Klubun akademiyasında ciddi problemlər var? Bəlkə, əsas komandanın uğurları bu sahənin diqqətdən kənarda qalmasına nədən olub?

Əvvəlcə klubun aşağı yaş qruplarına göstərdiyi  münəsibətdən danışaq. “Qarabağ" rəhbərliyi uşaqların məşq etməsi, oynaması üçün komandalara hər cür şərait yaradıb. Uşaqlar ildə 2 dəfə tibbi baxışdan keçirlər, hər cür idman forması və ləvazimatları ilə təcşiz olunurlar. Məşqçilər sarıdan da hansısa korluq hiss edilmir. Akademiyada yaxın keçmişdə ad-san qoymuş Elşad Xudadatov, Samir Musayev, Elmir Xankişiyev, Aftandil Hacıyev kimi məşqçilər çalışır. Ötən ilin yanvarında, hələ aşağı yaş qrupları üzrə koordinator Con van Leonun başçılığı altında akademiyanın 17 məşqçisi Hollandiyaya səfər etmiş, orada uşaq futbolunda dünya öncüllərindən sayılan “Ayaks", PSV və “Utrext"in akademiyalarının iş prinsipləri ilə tanış olmuşdular. Bu səfər təcrübə baxımından çox əhəmiyyətli idi. Məşqçilərdən söz düşmüşkən, UEFA-nın avrokuboklarda çıxış edən komandalar qarşısında qoyduğu tələblərdən biri neçəsi də uşaq futbolu ilə bağlıdır. Həmin tələblərin birində məşqçilərin mütləq minimum “B" kateqoriyalı olmaları göstərilir. Məlumdur ki, akademiyada işləyən bəzi məşqçilər “C" kateqoriyasına malikdirlər. Akademiya rəhbərliyi həmin məşqçilərə kateqoriyalarını artırmaq üçün vaxt verib. Növbəti mövsmümə kimi “B" kateqoriyası almayanlarla yolların ayrılması ehtimalı böyükdür. Üstəlik, klub məşqçilərlə bağlı bir məqamda digərlərindən fərqlənir. Belə ki, son mövsümə kimi onlar ardıcıl olaraq bir neçə il eyni komandanı çalışdırmırlar. Məsələn, bu il U-14 komandasında işləyən məşqçi növbəti mövsüm daha aşağı yaş qruplarına təhkim edilə bilərdi və ya əksinə. Tez-tez məşqçi dəyişikliyi uşaqların bacarığına və psixologiyasına mənfi təsir göstərə bilər ki, artıq, akademiya rəhbərliyi bu sahədə müəyyən islahatlar aparmağı düşünür. Belə ki, məşqçilər 7, 9 və 11 nəfərlə oynayan komandalara görə ayrılıblar. Yeni qaydaya görə, 7 nəfərlə oynayan U-8 komandasının məşqçisi uşaqlarla 11 yaşına kimi məşğul olacaq. Bundan sonra isə 9 nəfərlik komandalarla işləyən məşqçilərə təhvil verəcək. Qısası, “Qarabağ"ın aşağı yaş qruplarının nəticə verməmələrini şəraitlə, görülən işlərlə, məşqçilərin səviyyəsi ilə  əlaqələndirmək olmaz.

Klubun uşaq futbolu üzrə koordinatoru Emin Suellə söhbətimizdə nəticəsizliyin səbəblərini araşdırmağa çalışdıq. Emin bəyin sözlərinə görə “Qarabağ"ın bir klub olaraq fəlsəfəsi aşağı yaş qruplarında nəticə qazanmaq deyil, daha üst yaş qruplarına futbolçu yetişdirməkdir. Yəni, nəticə ikinci plandadır: “Dövrümüzdə futbol menecerləri uşaq futboluna da ayaq açıblar. Bəzi menecerlərin ucbatından uşaqların və valideynlərin fikirləri çox qarışdırırlar. Bu kimi hallar uşaqların diqqətinin futboldan yayınmasına gətirib çıxarır və onların bir futbolçu kimi yetişməsinə mənfi təsir göstərir".

Deməli, səbəb sadədir – klub qazanılan nəticəni deyil, futbolçu yetişdirməyi önəmli sayır. Bəs, o halda nəyə görə akademiyanın son illər yetişdirdiyi futbolçular arasında üzdə olanlar demək olar ki, yoxdur? Bu gün Ağdam klubunun heyətində yer alan və gələcək üçün hesablanmış futbolçulara nəzər salanda görürük ki, onlar heç də “Qarabağ"ın yetirmələri deyil. Ötən il komandaya transfer olunan Coşqun Diniyev “İnter"in, ondan sonra edilən transfer Mahir Mədətov isə “Bakı"nın futbolçuları olub. Əgər “Qarabağ" bu gün “İnter"in, “Bakı"nın və digər klubların futbol akademiyalarının yetirmələrini transfer edirsə, belə çıxır ki, klubun akademiyası əsas komanda üçün layiqli futbolçu da yetişdirə bilmir. Bu bir yana, aşağı yaş yığma komandaların heyətinə baxsaq, orada “Qarabağ"lılar barmaqla sayılası qədərdir. Son mövsümdə U-16 yığmasına 4 nəfər çağırıldığı halda U-15 komandasında ümumiyyətlə, “Qarabağ"ın futbolçusu yer almamışdı. Bakıda 17 yaşlı futbolçular arasında keçirilən Avropa çempionatında yığmamızda “Qarabağ"dan yalnız qapıçı Məmməd Hüseynov var idi. Doğrudur, “Qarabağ"ın U-17 komandasının liderlərindən biri, 26 qolla çempionatın bombaridri olmuş Ülvi İbrahimovun düşərgəyə çağırılmaması müəyyən söz-sözbətlərə səbəb oldu. Amma U-17 yığmamızın baş məşqçisi Təbriz Həsənovun anlaşmaz qərarı ilə barışmağa məcburduq. Bu ildən U-17 komandasını çalışdıran Rafiq Mirzəyev bir neçə gün öncə Rostova təlim-məşq toplanışa apardığı heyətdə “Qarabağ"ın cəmi 1 futbolçusuna – Ərşad Xankişiyevə yer verib. Sadaladığımız faktlar onu deməyə əsas verir ki, “Qarabağ"ın aşağı yaş qrupları üzrə komandalarında üzdə olan futbolçular çox azdır. Bu gedişlə əsas komanda növbəti illərdə də başqa klubların yetişdirdiyi futbolçuların xidmətindən yararlanacaq. Bədbin proqnozla yanaşı, sevinməyə əsas verə biləcək xəbər də var – “Qarabağ"ın əvəzedici komandasının bu il 2-ci yeri tutması. Amma gəlin etiraf edik ki, əvəzedici komanda uşaq futbolu deyil. Orada gənc futbolçularla yanaşı həm də zədəsini bərpa etmiş, cəzalanmış və idman formasından uzaq olan əsas heyət futbolçularının da oynadığını nəzərə alsaq…

Emin bəy bununla bağlı fikir bildirərkən Maksim Medvedev, Qara Qarayev və Əfran İsmayılovun məhz “Qarabağ"ın yetirmələri olduğunu vurğulamaqla yanaşı, son illər əsas komandaya futbolçu yetişdirmədiklərini dolayı yolla etiraf etdi. Bununla yanaşı hazırda akademiyada və əvəzedici komandada istedadlı gənclərin olduğunu və onlardan Eltun Turabov və Salman Cəfərovun Avstriyadakı toplanışda əsas komanda ilə birgə məşq edəcəklərini bildirdi. O, son illər əsas komandaya futbolçu verilməməsini belə əsaslandırdı: “Doğrudur, son illər klubun öz yetirmələrinin əsas komandaya cəlb olunması demək olar ki, nəzərə çarpmır. Bunun da 2 səbəbi var. Birincisi, “Qarabağ"ın 2-3 ildə əldə etdiyi uğurlardır. Belə ki, avrokuboklarda qazanılan uğurlu nəticələr daha bacarıqlı futbolçuların sayəsində mümkün olub. Onlar səviyyədə futbolçu yetişdirmək isə çox çətindir. Əsas komandaya özümüzün futbolçu verməsi göründüyü qədər də asan iş deyil. Dünyanın hər top-komandası bu işi bacarmır. İkinci səbəb isə klubun uşaq futbolu ilə bağlı strategiyasıdır. Biz kənardan istedadlı uşaqları akademiyaya cəlb edib nəticə verməyi düşünmürük. Məqsədimiz özümüzdə olan uşaqları hazırlayaraq futbolçu kimi yetişdirməkdir. İstəyimizə doğru plana uyğun irəliləyirik. Yaxın bir neçə ildə görülən işlərin bəhrə verəcəyinə əminəm".

“Qarabağ"ın gələcəyi Reynaldo, Almeyda, Kintana yox, bu gün medalsız qalan uşaqlar, yeniyetmələrdi. Sabah maddi cəhətdən vəziyyət bir qədər çətinləşsə, ümid yerli futbolçulara qalacaq. Ona görə də əsas komandanın hazırkı nəticələrinin eyforiyasına qapılıb klubun gələcəyini ikinci plana atmaq olmaz. Əslində, klub rəhbərliyi fu fikirdən uzaqdır. Bayaq da qeyd etdiyimiz kimi “Qarabağ" rəhbərliyi uşaq futboluna yetərincə diqqət ayırır və bu yöndə nəticə verən bir çox klublara örnək ola bilər. Təkcə bir faktı qeyd etməklə dediklərimizin həqiqət olduğunu sübut edə bilərik. Premyer Liqa komandalarının baş məşqçilərindən heç kim Qurban Qurbanov qədər öz klublarının uşaq futbolu ilə maraqlanmır. Başqa sözlə, akademiyanın fəaliyyəti birbaşa Qurbun müəllimin nəzarətindədir. Bunu Emin bəyin sözləri də təsdiq edir: “Hazırda U-9-dan U-19-a kimi 10 yaş qrupunda 200-dən çox futbolçumuz var. Burada işə başlayanda rəhbərliyin aşağı yaş qruplarına necə münasibət bəsləməsini görmək mənə xoş oldu. Akademiyada uşaqların məşq keçmələri üçün onlara rəhbərlik tərəfindən hər cür şərait yaradılıb. Üstəlik, bütün yaş qrupları Qurban müəllimin nəzarətindədir. Başda vitse-prezident Tahir Gözəl olmaqla, idman direktoru Əmrah Çəlikəl, klubun idarə heyətinin üzvü Fevzihan Aras, menecer Asif Əsgərov daim bu sahənin proğlemləri ilə maraqlanır, onların tez bir zamanda həll edilməsinə çalışır. Uşaq futbolu ilə bağlı mühüm qərarlar verilərkən isə həmişə Qurban Qurbanovla məsləhətləşirik".

Dünyanın adlı-sanlı futbol klublarının akademiyaları hər il futbolçu satışından milyonlarla pul qazanır. Təkcə “Qarabağ"ın yox, digər klublarımızın da bunu bacarması tələbindən uzağıq. Heç olmasa, hər akademiya öz komandası üçün ildə 2-3 futbolçu yetişdirə bilsə… Uşaq futbolunda nəticə önəmli deyil, əsas futbolçu yetişdirməkdir. “Qarabağ"ın aşağı yaş qruplarında nəticə yox səviyyəsindədir. Ümid edək ki, görülən işlər yaxın bir neçə ildə səmərəsini verəcək və akademiya “Qarabağ"a layiq futbolçular yetişdirəcək. Nəticə də o vaxt olacaq.

İlqar TAĞIYEV

“Het-trik news” qəzeti

 

 

 

 

Son yazılar

To Top