Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində keçiriləcək “Neftçi” – “İnter” oyunu meydan sahibi komandanın 80 illik yubileyi gününə təsadüf edir.
Korner.az-ın məlumatına görə, bu gün “Bakcell Arena”da keçiriləcək görüş rəmzi olaraq saat 19:37-də başlayacaq. “Neftçi”nin 80 illik silsilə yubiley tədbirləri bununla da yekunlaşmayacaq.
Oyunda azarkeşlər “Neftçi”nin əzəmətli tarixinə nostalji səyahət edəcəklər. Yubiley tədbirləri ilə bağlı sosial şəbəkələrdə bir sıra layihələr təşkil olunacaq.
