Bu gün Türkiyədə əzəli rəqiblərin – “Fənərbağça”yla “Qalatasaray” arasında oynanılan unudulmaz matçın 10 ili tamam olur.
Korner.az-ın məlumatına görə, 6 noyabr 2002-ci ildə bu komandalar arasında “Şükrü Saraçoğlu” stadionunda keçirilmiş qarşılaşmada “sarı-lacivərdlilər” 6:0 hesablı tarixi qələbə qazanmışdılar.
Bu münasibətlə gecə saatlarından etibarən “Fənərbağça” TV unudulmaz görüşün videogörtüntülərini yayımlamağa başlayıb. “Sarı-lacivərdli” fanatlar isə 6:0-lıq qələbəni “tvitter”dən “6Kasım6SyiAnmaGençlikVeSkorBayramı” haştaqı ilə yorumlayıblar.
