Bu gün “Qalatasaray”la müqavilə imzalayacaq
11.02.2025 , 16:15

“Qalatasaray” növbəti transferi üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, İstanbul nəhəngi “Ankaragücü”də çıxış edən Arda Ünyayı heyətinə cəlb edib.
“Qalatasaray” 18 yaşlı mərkəz müdafiəçisi üçün 500 min avrosundan keçəcək.
Gənc oyunçu bu gün tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq.
