Bu gün FİFA nümayəndələri Bakıda mətbuat konfransı keçirəcək. Korner.az-ın məlumatına görə, tədbir FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimindən öncə – saat 17:30-da Beynəlxalq Muğam Mərkəzində olacaq. Mətbuat konfransında Yerli Təşkilat Komitəsi və FİFA nümayəndələri çempionata hazırlıqla bağlı açıqlama verəcək.
Qeyd edək ki, püşkatma saat 19:00-da həmin məkanda keçiriləcək.
