Premyer Liqada tura yekun vuruldu
22.05.2023 , 18:25

Bu gün Azərbaycan Premyer Liqasında XXXV turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, çempionluğu təmin edən “Qarabağ” “Sumqayıt”ı qəbul edib və 1:2 hesabı ilə məğlub olub.
Günün digər oyunlarında “Şamaxı” azarkeşləri önündə “Qəbələ” ilə üz-üzə gəlib. Görüş qolsuz başa çatıb – 0:0. “Səbail” isə “Turan Tovuz”un qonağı olub və matç 2:2 hesablı bərabərliklə bitib.
Günün son görüşündə isə “Sabah” “Zirə”nin müqavimətini qırmağa çalışsa da, görüşdə hesab açılmayıb – 0:0.
Azərbaycan Premyer Liqası
XXXV tur
22 may (bazar ertəsi)
16:30. “Turan Tovuz” – “Səbail” – 2:2
Tovuz şəhər stadionu, 16:30
“Şamaxı” – “Qəbələ” – 0:0
Şamaxı şəhər stadionu, 16:30
“Sabah” – “Zirə” – 0:0
“Bank Respublika Arena”, 16:30
“Qarabağ” – “Sumqayıt” – 1:2
“Azersun Arena”, 16:30
