Bu gün Paris-2024 başlayır
24.07.2024 , 13:31

Bu gün Fransanın paytaxtı Parisdə 2024-cü il Yay Olimpiya Oyunları start götürəcək.
Korner.az xəbər verir ki, turnirin rəsmi açılış mərasimi isə iyulun 26-da olacaq. Lakin bu gün 2 idman növündə yarışlar başlayacaq.
Bakı vaxtı ilə saat 17:00-da futbol üzrə Argentina millisi Mərakeşlə, Özbəkistan yığması isə İspaniya ilə üz-üzə gələcək. 19:00-da Qvineya Yeni Zellandiya ilə, Misir Dominikan Respublikası ilə, 21:00-da İraq Ukrayna ilə, Yaponiya Paraqvayla qarşılaşacaq.
23:00-da Fransa Amerika Birləşmiş Ştatları ilə, Mali isə İsraillə görüşəcək.
