Bu gün Azərbaycanda U-17 qadınlararası dünya çempionatı start götürəcək.
Korner.az– ın məlumatına görə, ilk oyun günü dörd qarşılaşma baş tutacaq. 3 oyunun Bakıda, 1-nin Lənkəranda keçirildiyi gün A və B qrupunun komandaları meydana çıxacaq.
Günə B qrupunun qarşılaşmaları ilə start veriləcək. Millimizin də yer aldığı A qrupunun qarşılaşmaları isə günün ikinci yarısında oynanılacaq. Qızlarımız saat 20:00-da Tofiq Bəhramov adına Respublilka stadionunda Kolumbiya millisi ilə qarşılaşacaqlar.
B qrupu
Koreya Xalq Demokratik Respublikası (KXDR) – Qambiya
Bakı. 8-ci km. Stadionu saat 13:00
Hakim: Karina Vitulano (İtaliya)
Baş hakimin köməkçiləri: Romina Santuari, Giuliana Guarino (hər ikisi – İtaliya)
Dördüncü hakim: Cardella Samuels (Yamayka)
Fransa-Amerika Birləşmiş Ştatları (ABŞ)
Lənkəran Şəhər Mərkəzi stadionu. Saat 15:00
Hakim: Klaudio Umpierres (Uruqvay)
Baş hakimin köməkçiləri: Nadia Weiler (Paraqvay), Luciana Mascarana (Uruqvay)
Dördüncü hakim: Aissata Amegee (Toqo)
A qrupu
Nigeriya-Kanada
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:00
Hakim: Katerina Monzul (Ukrayna)
Baş hakimin köməkçiləri: Panagiota Koutsoumpou, Ourania Foskolou (hər ikisi – Yunanıstan)
Dördüncü hakim: Karolina Radzik-Johan
Azərbaycan-Kolumbiya
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00
Hakim: Etsuko Fukano (Yaponiya)
Baş hakimin köməkçiləri: Chie Ohata (Yaponiya), Mei Hsiu Liu (Çin Taypeyi)
Dördüncü hakim: Finau Vulivuli (Fici)
