Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı
16.12.2019 , 15:21

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşü atılacaq.
Korner.az xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbiri Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
1/8 final
“Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa)
“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
“Atalanta” (İtaliya) – “Valensiya” (İspaniya)
“Atletiko” (İspaniya) – “Liverpul” (İngiltərə)
“Çelsi” (İngiltərə) – “Bavariya” (Almaniya)
“Lion” (Fransa) – “Yuventus” (İtaliya)
“Tottenhem” (İngiltərə) – “Leyptsiq” (Almaniya)
“Napoli” (İtaliya) – “Barselona” (İspaniya)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq.
