Bu gün saat 20:00-da, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Estoniya yığma komandaları yoldaşlıq oyunu keçiriləcək.
Korner.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Qarşılaşmanı adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Namiq Hüseynov
Dördüncü hakim: Elvin Əsgərov
