Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
03.06.2024 , 09:59

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Korner.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil ediləcək tədbir saat 10:00-da başlayacaq.
İclasın gündəliyinə bir sıra məsələlər daxil edilib. Bunlar 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi, AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr, aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi, 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi, “Qəbələ” klubuna müvafiq yardımın ayrılması və sigər məsələlərdir.
