Bu gün 3 oyun var
08.04.2025 , 11:30

Bu gün Azərbaycan 2-ci liqasında 20-ci tura start veriləcək.
Korner.az xəbər verir ki, ilk gündə 3 oyun keçiriləcək.
Lider “Şahdağ Qusar” “Haypers Quba”nı qəbul edəcək. “Lerik” “Qusar”ın qonağı olacaq. “Şəfa” isə “Şəki Siti” ilə üz-üzə gələcək.
8 aprel
14:00. “Qusar” – “Lerik”
Neftçi Futbol Mərkəzi (IV meydança)
16:00. “Şəfa” – “Şəki Siti”
“ASK Arena”
16:00. “Şahdağ Qusar” – “Haypers Quba”
Şamaxı OİK stadionu
