Dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Macarıstana məğlub olmaqla qrupdan çıxmaq şansını möcüzəyə bağlayan Türkiyə millisinin baş məşqçisi Abdullah Avcının açıqlama verərkən gülməsi türkləri qəzəbləndirib.
Korner.az-ın məlumatına görə, oyundan sonra çalışdırıcının "NTV Spor"a gülərək açıqlama verməsi diqqətdən yayınmyıb. Komandanın göstərdiyi pis nəticənin ardından Abdullah Avcının üzündəki təbəssüm türkləri özündən çıxarıb.
