Bu futbolçu karyerasını bitirdi
20.10.2022 , 17:41
Argentina milli komandasının sabiq hücumçusu Qonsalo İquayn karyerasını başa vurub.
Korner.az xəbər verir ki, ABŞ-da MLS təmsilçisi “İnter” (Mayami) klubunun formasını geyinən futbolçu, 34 yaşında futboldan getməyə qərar verib.
İquayn hələ bir neçə ay öncə MLS-də mövsüm bitərkən karyerasını bitirəcəyini açıqlamışdı. “İnter” ölkə çempionatında mövsümün əsas hissəsini 48 xalla 6-cı pillədə başa vurub. Pley-offa vəsiqə qazanan Mayami təmsilçisinin ilk rəqibi isə “Nyu York Siti” olub. Devid Bekhemin sahibi olduğu klub bu görüşdə 0:3 hesablı məğlubiyyətlə üzləşərək medal qazanmaq şansını itirib. Bu oyun İquayn üçün də son matç olub. O, matçdan sonra göz yaşlarını saxlaya bilməyib.
