Bu futbolçu karyerasını bitirdi
15.11.2022 , 17:21

Braziliya millisinin sabiq futbolçusu Dieqo Ribas karyerasını bitirib.
Korner.az xəbər verir ki, son olaraq “Flamenqo”da çıxış edən 37 yaşlı yarımmüdafiəçisi vida matçına çıxıb.
O, A seriyasında “Avai” ilə keçirilən qarşılaşma ilə futbolla vidalaşıb.
Qeyd edək ki, Dieqo RIbas “Santos”, “Porto”, “Verder”, “Yuventus”, “Volfsburq”, “Atletiko” və “Fənərbaxça” klubularında çıxış edib. Braziliya yığmasında 34 oyuna çıxan Dieqo iki dəfə Amerika Kubokunu qazanıb.
