Bu futbolçu Azərbaycanla oyunu buraxacaq
27.12.2022 , 10:58

“Feyenoord” və Avstriya millisinin üzvü Gernot Troner əməliyyat olunacaq.
Korner.az xəbər verir ki, Niderland təmsilçisinin məşqində dizindən zədələnən müdafiəçi əməliyyat olunacaq. Gernot bu səbəbdən mövsümün ikinci hissəsinin böyük qismini buraxacaq.
Bu mövsüm “Feyenoord”la 20 oyuna çıxan müdafiəçi Avstriya yığmasının 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin martdakı oyunlarını buraxacaq. Yığma ilk matçını 2023-cü il martın 24-də Azərbaycana qarşı keçirəcək.
Avstriya seçmə mərhələnin F qrupunda Azərbaycanla yanaşı, Belçika, İsveç və Estoniya ilə mübarizə aparacaq.
