Bu futbol veteranları AFFA-dan təqaüd alacaq – Siyahı
17.03.2022 , 11:35
AFFA-nın Futbol Veteranları Fondunun əsasnaməsinə uyğun olaraq, üç futbol veteranına AFFA-nın təqaüdü verilib.
Korner.az xəbər verir ki, AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında bugünkü növbəti iclasında bu qərar verilib.
Qərara əsasən, Tofiq Məmmədov (Gəncə), Nazim Mehrəliyev (Ağdam), Hafiz Əliyevə (Naxçıvan) AFFA-nın təqaüdü ayrılıb.