“Bu formaya qovuşmaq, vətəni təmsil etmək çox gözəl hissdir”
30.03.2023 , 12:27

Azərbaycan millisinin qolkiperi Yusif İmanov Avro-2024-ün seçmə mərhələsində Avstriya və İsveç millisinə uduzduqları oyunlarla bağlı paylaşım edib.
Korner.az xəbər verir ki, futbolçu “instagram” hesabında bunları qeyd edib:
“Qələbə qazana bilməsək də, bu formaya qovuşmaq, vətəni təmsil etmək çox gözəl hissdir”.
Qeyd edək ki, Azərbaycan milli komandası Avstriyaya (1:4), İsveçə isə (0:5)hesabıyla uduzub.
