“Bu daha şirin qələbədir”
31.03.2021 , 20:44

Serbiya yığmasının futbolçusu Uroş Spayiç DÇ-2022-nin seçmə mərhələsində Bakıda Azərbaycan millisini 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.
Korner.az xəbər verir ki, 28 yaşlı müdafiəçi bunları danışıb:
“İlk növbədə, qazandığımız xallardan və komandadakı fantastik ab-havadan, sonra isə oyunumuzdan razıyam. Demək olar ki, heç nədən penalti və heç bir şansımız yoxdur. Penalti vurulsa da, nəyisə dəf edəcəyinə, əlverişsiz vəziyyətdən çıxacağına və arzuolunan nəticəyə nail olacağına inandıqda hədəfə doğru gedərək qalib olacaqsan. Ola bilsin, bu daha şirin qələbədir. Seçmə mərhə öncəsi bizə 3 oyuna 7 xal toplamalı olduğumuzu desəydilər, əlbəttə, bununla könülsüz razılaşacaqdıq”.
