Türkiyənin "Fənərbağça" klubu son Fransa çempionu "Monpelye"nin Mərakeş milli komandasının futbolçusu Yunes Belhandanı transfer edib.
Korner.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, 23 yaşlı futbolçu ilə yaxın günlıərdə rəsmi olaraq müvqailə imzalanacaq.
Hal-hazırda milli komandası ilə Afrika Millətlər Kubokunda çıxış edən hücumameylli yarımmüdafiəçi üçün "sarı lacivərdlilər" “Monpelye”yə 9,5 milyon avro ödəyəcək.
Belhandanın "Fənər"də illik qazancı isə 2,3 milyon avro olacaq.
Qeyd edək ki, Yunes Belhanda 2009-cu ildən çıxış etdiyi “Monpelye”nin heyətində 108 oyuna 34 qol vurub. O, Mərakeş millisinə 2010-cu ildən dəvət alır.