Britaniyalı fanatlardan biri “eBay” internet-hərraca “Lester” – “Everton” (3:1) oyunundan havanı satışa çıxarıb.
Korner.az-ın məlumatına görə, satışa çıxarılan 10 bankanın hər birinə 37 funt-sterlinq qiymət qoyulub və bir neçəsi artıq satılıb.
Fanatın “məhsul”un reklamı üçün yazdığı sözlər də maraqlıdır: “Qələbəni komanda ilə birgə qeyd edin. Bu 1 litrlik bankalarda “Lester”in çempionluğunu qeyd etdiyi gün stadiondakı hava toplanıb. Belə şans həyatda bir dəfə ələ düşür”.
Qeyd edək ki, sözügedən oyundan sonra komandaya Premyer Liqanın kuboku təqdim olunmuşdu.
