22 iyul – Milli Mətbuat günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası jurnalistlər arasında “Media Kuboku” adı altında velosiped yarışı təşkil edəcək.
Korner.az xəbər verir ki, iyulun 23-ü,səhər saat 10:00-da Veloparkda start götürəcək yürüşdə təkcə idman jurnalistləri deyil, həmçinin digərsahələrdənyazan müxbirlər, eləcə də fotoqraf və videooperatorlarda iştirak edə bilər.
Qeydiyyat iyulun 23-ü,səhər saat 09:00-da Veloparkda başlanacaq. Velosipedi və baş geyimi olmayan iştirakçılar müvafiq ləvazimatlarla təmin olunacaq. Məsafəyə gəlincə, media nümayəndələri hər biri 900 metrdən ibarət 5 dövrəniqət etməlidirlər (4,5 km). Yarışda ilk 3 yeri tutmuş iştirakçılar AzVİF tərəfindən qiymətli hədiyyələrlə təltif ediləcək.
“Media Kuboku”nda iştirak etmək istəyən mətbuat nümayəndələrindənxahiş olunur ki, iyulun 22-dək şəxsiyyət və iş vəsiqələrininsurətini,həmçinin əlaqə nömrələrini parvizmusayev@yahoo.com ünvanına göndərsinlər.Maraqlananlar(012) 5667488nömrəli telefona zəng edərək mətbuat xidməti ilə əlaqə saxlaya bilər.
