Bu gün Qəbələ şəhərində 17 yaşadək qızlardan ibarət Azərbaycan və Bolqarıstan yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma 4:2 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Bolqarıstan komandasının qapısından topları Nigar Cəlilli, Maya Danqadze, Melis Sarıaltın və Jalə Məmmədova keçirib.
Xatırladaq ki, bu komandalar arasında iyulun 10-da keçirilmiş yoldaşlıq görüşü yığmamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
