“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 27-ci turunda “Xəzər Lənkəran”a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Korner.az-ın sportal.az-a istinadən yaydığı xəbərə görə, o, qarşılaşma haqda bunları deyib:
“İlk olaraq “Xəzər Lənkəran”ı belə çətin vəziyyətdə olmalarına baxmayaraq, mübarizə apardığına görə təbrik edirəm. Bu gün bəxtimiz gətirdi ki, qalib gəldik. Ədalətli nəticə heç-heçə olardı. Azarkeşlərimizdən bu biabırçı oyuna görə üzr istəyirəm. Udmağımıza baxmayaraq, rəqibə alqış düşür. Məni aqressiv biri kimi tanıyırlar. Ona görə, qırmızı vərəq epizodunda hakimə tərəf getmədim”.
