Bu azarkeşlərə 5 illik cəza verildi
25.05.2019 , 15:47

İngiltərə Premyer Liqasında irqçi şüarlar səsləndirən azarkeşlərə ağır cəza verilib.
“Sky Sports” nəşrinin məlumatına görə, “Nyukasl” klubunun “Liverpul”u qəbul etdiyi görüş zamanı qonaqların futbolçularına qarşı irqçi şüarlar səsləndirən azarkeşlər cəzalandırılıblar. Onlara növbəti 5 il ərzində “Nyukasl” klubunun doğma meydanda keçirəcəyi görüşlərə giriş qadağası tətbiq edilib.
Qeyd edək ki, sözügedən matç “Liverpul” klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
