Bu akademiya FİFA-nın ayırdığı vəsait hesabına maliyyələşəcək
31.05.2021 , 20:37

“Turan Tovuz” Futbol Klubunun nəzdində inşa olunmuş akademiyanın növbəti 3 ildə FIFA-nın maliyyəsi ilə fəaliyyət göstərəcək.
Korner.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilir ki, akademiyanın saxlanılması üçün 1 illik 400 000.00 AZN vəsait tələb olunur. Bununla əlaqədar AFFA tərəfindən FIFA-ya müraciət ünvanlanıb. Layihə FIFA tərəfindən müsbət dəyərləndirilib.
Növbəti 3 il ərzində “Turan Tovuz” Futbol Klubunun nəzdindəki akademiya FIFA-nın ayırdığı vəsait hesabına maliyyələşəcək.
