Bryantın həlak olduğu qəzanın detalları bilindi – FOTO
27.01.2020 , 10:23

Milli Basketbol Assosasiyasında “Los-Anceles Leykers”də forma geyinmiş Kobe Brayntın faciəvi ölümünün detalları açıqlanıb.
Korner.az-ın məlumatına görə, qəza zamanı helikopterdə Kobe Brayntdan başqa daha 9 nəfər olub. Ölənlər arasında NBA-nın əfsanəvi basketbolçunun 13 yaşlı qızı Cianna da olub. Qəza cəmi 15 dəqiqə içərisində baş verib. Havanın dumanlı olması və pilotun bir anlıq səhvi ucbatından sözügedən qəza qaçılmaz olub.
“Oranc Koast Kollec” beyzbol klubunun baş məşqçisi Con Altobelli, qızı Alisa Altobelli, həyat yoldaşı Keri Altobelli və “Oranc Kounti” basketbol klubunun rəsmisi Kristina Mauser də qəza nəticəsində helikopterdə həyatını itirib.
