big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Brüsseldə “Qəbələ”yə xüsusi dəstək

15.09.2016 , 13:45

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəhbəri Xəzər İbrahim "Qəbələ"nin düşərgəsini ziyarət edib.

Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Qəbələ"nin "Anderlext"lə oyunöncəsi son məşqindən əvvəl, Brüsseldə – "Konstant Vanden Stok" arenasında baş tutan görüşdə Fuad İsgəndərov və Xəzər İbrahim klub rəsmiləri və futbolçularla görüşüb.

"Anderlext" – "Qəbələ" oyununda "qırmızı-qaralar"a uğurlar arzulayan Fuad İsgəndərov nəticədən asılı olmayaraq hər zaman "Qəbələ"nin yanında olacaqlarını bildirib:

"Komandanın son dövrlərdə göstərdiyi uğurlu çıxışın bu oyunla da davam edəcəyinə inanırıq. "Anderlext" – "Qəbələ" matçında sıravi azarkeş kimi sizi sona qədər tək qoymayacaq, öz dəstəyimizi göstərəcəyik. Daha öncə də Azərbaycan klubları "Anderlext"lə qarşılaşıblar. Bu dəfə hər şeyin bizim xeyrimizə nəticələnməsini arzulayırıq. Nəticədən asılı olmayaraq hər zaman yanınızdayıq".

Görüşün sonunda Fuad İsgəndərov "Qəbələ" İdman Klubuna hədiyyəsini təqdim edib və xatirə şəkli çəkdirilib.

Son yazılar

To Top