Bruno Fernandeş üçün Səudiyyə planı yaya qaldı
18.12.2025 , 15:55
“Mançester Yunayted”in kapitanı Bruno Fernandeşin qış transfer pəncərəsində Səudiyyə Ərəbistanına transferi baş tutmayacaq.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə bildirilib ki, “Əl-Nəsr”, “Əl-İttihad” və “Əl-Hilal” portuqaliyalı yarımmüdafiəçi ilə maraqlansalar da, hazırda rəsmi və ciddi təklif yoxdur. Mümkün danışıqların yalnız gələn yay transfer dönəmində aktivləşəcəyi gözlənilir.
Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 17 oyuna çıxaraq 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.