“Klubdan nə vaxt qayıda biləcəyimlə maraqlanırlar. Onlar 15 günə heyətə dönəcəyimə ümid edirdilər”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin braziliyalı futbolçusu Bruno Bertuççi deyib.
Braziliyalı müdafiəçi zədə səbəbindən vətənində müalicə alır. Bertuççi daha sonra bunları deyib:
“Lakin bu müddət 4 həftəyə qədər uzandı. Bu da müalicənin müddəti ilə bağlı proqnozdur. İdmançı olmaq belədir. Daim xəsarət almaq, zədələnmək təhlükəsi ilə üzləşirsən. Ən pisi isə odur ki, mən burda olduğum vaxt Azərbaycan çempionatı davam edir və komandama kömək edə bilmirəm”.
