Portuqaliya millisin 32 yaşlı mərkəz müdafiəçisi Bruno Alveş Ekvadorla yoldaşlıq görüşündən sonra mətbuata açııqlama verib.
Korner.az-ın məlumatına görə, futbolçu açıqlamasında:
“Ekvadora məğlubiyyət bizi gələcəkdə daha ehtiyatlı davranmağa məcbur edir. Biz qələbələrə öyrəşmişik” – deyib.
Alveş, həmçinin DÇ-2014-ün seçmə mərhələsinin gələn ay İsrail və Azərbaycanla oyunları haqqında fikirləini bildirib:
“Son vaxtlar əldə etdiyimiz müsbət nəticələr bizdə arxayınlaşma yaratmışdı. Lakin səviyyəmizə bələdəm. Elə bu üzdən də deyə bilərəm ki, İsrail və Azərbaycanla qarşılaşmalarda qalib gəlməliyik. Dünya və Avropa çempionatının final mərhələsinə pley-offdan yüksəlmək çətindir. Ona görə sonadək çalışmalıyıq ki, mundiala 1-ci pillənin sahibi kimi birbaşa yollanaq. Hələ buna ümidimiz qalır”.