DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Portuqaliya yığmasının futbolçuları bu oyun öncəsi açıqlamalar verməkdə davam edirlər.
Korner.az-ın məlumatına görə, Rusiyanın "Zenit" klubunun şərəfini qoruyan Bruno Alveş martın 22-də İsrail, martın 26-da Azərbaycana qarşı keçiriləcək oyunu ilə bağlı fikirlərini açıqlayıb:
"Biz Rusiyanın uduzmağını gözləməməliyik, İsrail və Azərbaycana qalib gəlib altı xal toplamalıyıq. Lakin biz qrup ikinciliyini yox, birinciliyini düşünürük”.
