“Qalatasaray”ın yeni transferi Bruma “sarı-qırmızılı” forma ilə ilk matçına çıxıb.
Korner.az-ın məlumatına görə, “Cim-bom” “İstanbul Böyükşəhər Bələdiyyəsi”ylə məşq-yoxlama matçı keçirib.
“Sarı-qırmızılılar” meydana Eray İşcan-Sabri-Ebue-Ceyhun Gülsalam-Ryera-Melo-Əmrə çolak-Yekta Qurtuluş-Engin Baytar-Bruma-Amrabat “11-liyi”ylə çıxıb. Oyun “Qalatasaray”ın 3:1 hesablı qələbəsiylə bitib. “Cim-bom”un qollarını Əmrə Çolak və ikinci hissədə meydana daxil olan Aydın Yılmaz (2) vurub.
