“Beşiktaş” Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Brügge” ilə İstanbulda keçirəcəyi cavab matçı öncəsi bəd xəbər alıb.
Korner.az-ın məlumatına görə, “ağ-qaralar”ın sağ cinah müdafiəçisi Sərdar Kurtuluş əzələsində birinci dərəcəli yırtıq aşkar edilib.
Sərdarın “Brügge” ilə yanaşı, həftəsonu “Fənərbağça”ya qarşı keçiriləcək qarşılaşmada da meydana çıxa bilməyəcəyi dəqiqləşib.
