Brozoviç “Əl-Nəsr”lə razılığa gəldi
30.06.2023 , 10:37

“Əl-Nəsr” heyətinə daha bir dünya ulduzunu qatmağa hazırlaşır.
Korner.az xəbər verir ki, Marselo Brozoviç ərəb klubu ilə prinsipial razılığa gəlib.
Xorvatiyalı yarımmüdafiəçi tibbi yoxlanışdan sonra müqavilə imzalamaq üçün bu gün Səudiyyə Ərəbistanına gələcək.
3 illik müqavilə imzalayacaq Brozoviçin yeni klubunda ümumilikdə 100 milyon avro qazanacağı bildirilir.
Mina Musayeva
