“Brentford”un hücumçusu klubunu dəyişir
01.07.2025 , 14:45

“Brentford”un hücumçusu Brayan Mbeumo klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır.
Bu barədə xarici KİV məlumat yayıb.
Tərəflər arasında danışıqlar müsbət nəticələnərsə, keçidin yaxın zamanda baş tutacağı gözlənilir.
Kamerunlu 25 yaşlı oyunçu 2024/25 mövsümündə bütün turnirlər daxil olmaqla 42 oyunda iştirak edib, 20 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
